Aİ-nin ali nümayəndəsi "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri müsbət dəyərləndirib


Siyasət 16 İyl 2018 14:12:29 285 0

Aİ-nin ali nümayəndəsi "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri müsbət dəyərləndirib

Oktyabrda "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçıları səviyyəsində görüş planlaşdırılır

"Avropa İttifaqının (Aİ)"Şərq tərəfdaşlığı" proqramının altı ölkəsinin hər biri ilə əlaqələrdə özünəməxsus tərzdə irəliləyiş əldə olunub və deyərdim ki, tərəqqi var. Onlarla apardığımız iş yalnız iştirakçı ölkələr üçün yox, həm də bizim üçün vacibdir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

Onun sözlərinə görə, Aİ oktyabrda "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçıları səviyyəsində görüş hazırlamaq niyyətindədir.

"Odur ki, bizim üçün çox əhəmiyyətli dostlar olan tərəfdaşlarımıza dəstəklə bağlı müzakirələr aparacağıq", - F.Mogerini Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

Qeyd edək ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə Praqada keçirilmiş sammitdə start verilib. Proqramın təşəbbüskarlı kimi Polşa və İsveç çıxış edib.