XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir


Digərləri 16 İyl 2018 14:08:34 244 0

XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir

İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi qətiyyətlə pisləyir.

Tehran. A.Şirazi - İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi qətiyyətlə pisləyir. Trend-in məlumatına görə, bunu bu gün Tehranda İran XİN-in mətbuat katibi Bəhram Qasımi deyib. XİN rəsmisi deyib: "İran dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq həmişə zor tətbiqetməni və terroru pisləyib". B.Qasımi terror aktı nəticəsində yaralanmış Gəncə icra başçısına şəfa diləyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin