Siyəzəndə qadın sürücü avtomobilini aşırdı:


Digərləri 16 İyl 2018 13:53:00 248 0

Siyəzəndə qadın sürücü avtomobilini aşırdı:

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə iyulun 14-də Siyəzən şəhəri ərazisində baş verib. 

Belə ki, Bakı şəhər sakini Sevda Kərimova "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün bacısı Zəhra Xələfova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.