Azərbaycan ÜDM-i artıb


Digərləri 16 İyl 2018 13:57:00 297 0

Azərbaycan ÜDM-i artıb

2018-ci ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,3 faiz artıb.

Bakı. 2018-ci ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,3 faiz artaraq 37009,1 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artıb.