192 dövlət əmlakı özəlləşdirilir - Mehmanxana, kinoteatr... (FOTO)


Digərləri 16 İyl 2018 13:41:00 286 0

192 dövlət əmlakı özəlləşdirilir - Mehmanxana, kinoteatr... (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların hərracların keçirildiyi məkana gedə bilməmək kimi problemini aradan qaldırıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də növbəti hərrac keçirəcək. Komitədən Trend-ə verilən məlumata görə, növbəti hərraca 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Salyan, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb. Azərmetalinvest, Bərdə Kərpic, Kürdəmir Quşçuluq kimi səhmdar cəmiyyətləri sənaye, təmir-tikinti, aqrar və digər iqtisadi sahələr üzrə fəaliyyət göstərməyə imkan verir.