"Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub


Sosial 16 İyl 2018 13:12:50 197 0

"Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub

Faktla bağlı araşdırma aparılır

"Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, gecə saatlarında redaksiyanın inzibati binasının pəncərə şüşələrini qıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər orada olan ikiədəd kompüter və digər texniki vasitələri oğurlayıblar.

Məlumata görə, redaksiyaya 1800 manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Mingəçevir" qəzeti Şəhər İcra Hakimiyyətinin mətbu orqanıdır.