Azərbaycanın gimnastika komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazanıb


Digərləri 16 İyl 2018 13:00:13 217 0

Azərbaycanın gimnastika komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazanıb

Belçikanın Lyej şəhəri Avropa Gimnastika İttifaqının (UEG) təşkilatçılığı ilə 1-ci “European Gym for Life Challenge” yarışına ev sahibliyi edib.

Bakı. Belçikanın Lyej şəhəri Avropa Gimnastika İttifaqının (UEG) təşkilatçılığı ilə 1-ci “European Gym for Life Challenge” yarışına ev sahibliyi edib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ilk dəfə baş tutan festivalda həmyerlimiz, UEG-in prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb. 12 ölkədən 800 gimnastın iştirak etdiyi gimnastika tədbirində Azərbaycan komandası da yer alıb. Qrup çıxışlarını daha da təkmilləşdirmək məqsədilə təşkil olunan bu festivalda 2006-cı il təvəllüdlü və daha böyük gimnastlardan ibarət komandalar çıxış edib. Bir-birindən maraqlı və rəngarəng kompozisiyalar əsasən müxtəliflik, texnika, təhlükəsizlik, orijinallıq, ümumi təəssürat və əyləncə meyarlarına görə dəyərləndirilib.