Səfir: "RəştAstara dəmir yolu regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək"


Digərləri 16 İyl 2018 12:47:00 236 0

Səfir: "RəştAstara dəmir yolu regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək"

Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanı deyib.

İran Prezidenti Həsən Ruhaninin layihə üzrə işlərin sürətləndirilməsi ilə bağlı tövsiyəsini xatırladan səfir qeyd edib ki, dəmir yolu və ondan istifadə "nəhəng neft quyusu"na bərabərdir.

C.Cahangirzadə bildirib ki, kənd təsərrüfatı məhsulları və digər yüklərin ixracından başqa, dəmir yolu yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək.