GoldenPay bu il 11 yaşını qeyd edir


Digərləri 16 İyl 2018 12:11:00 249 0

GoldenPay bu il 11 yaşını qeyd edir

Azərbaycanın ən böyük onlayn ödəmələr şirkəti olan GoldenPay bu il 11 yaşını qeyd edir.

Bakı. Azərbaycanın ən böyük onlayn ödəmələr şirkəti olan GoldenPay bu il 11 yaşını qeyd edir. Trend-in məlumatına görə, Daim yenlikləri və kampaniyaları ilə insanların etimadını qazanan Goldenpay şirkəti hər il qazandığı təcrübə və peşəkarlıq səviyyəsi ilə bir daha niyə 11 il onları seçdiyinizi hər kəsə sübut edir və bundan sonra da sizlərə daha yaxşı xidmət etmək üçün dayanmadan çalışır və öz istifadəçilərini sevindirməyə davam edir. Goldenpay ad gününə özəl olaraq sosial media kanallarında istifadəçiləri üçün təşkil etdiyi müsabiqədə müxtəlif dəyərli hədiyyələr ilə bu il də onların yanında olduqlarını və hər zaman birlikdə daha güclü olduqlarını vurğulayır. Bununla da istifadəçilər ad günündə belə Goldenpay şirkətinin onları düşündüyünü və öncəliklərinin müştəri məmnuniyyəti olduğunu bir daha şahidi oldular. Müsabiqədə mobil telefon və bir çox dəyərli hədiyyələr öz qaliblərini gözləyir. Qeyd edək ki, 2011-ci ilin Aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az onlayn xidmət platforması 2018-ci ilədək onlayn ödəniş bazarında liderdir. Etibarlı əməliyyatlardan əlavə, şirkət hər bir istifadəçiyə kömək etməyə hazır olan, operativ və məsuliyyətli işçilər qrupu ilə tanınır. Hesab.az-da ödəniş etmək hər zaman rahat asan olmaqla yanaşı köçürmələr haqqında məlumatları real vaxt ərzində əldə etmək mümkündür. Əsas olaraq onu da qeyd etmək istərdik ki, informasiya təhlükəsizliyi məlumatları qorumaq üçün mövcud olan müasir vasitələrlə təmin olunur.