Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi TƏFƏRRÜAT


Digərləri 16 İyl 2018 12:06:00 257 0

Bakıda bağ evində dəhşətli hadisə: ev sahibi və xanımı qanına qəltan edildi  TƏFƏRRÜAT

Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.   Son.az lent.az-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evində mühafizəçi və bağban kimi işləyən Sabirabad sakini, 1968-ci il təvəllüdlü İlqar Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.

Bildirilir ki, əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb. Dünən o, əvvəllər həkim işləmiş və hazırda təqaüddə olan 1946-cı il təvəllüdlü Arzu Şuşalı ilə görüşmək üçün bağ evinə gəlib. Burada onlar arasında mübahisə yaranıb və İ.Xancanov kəsici alətlə ev sahibini və 71 yaşlı xanımı Əhmədova Dilarəyə çoxsaylı zərbələr endirib.

O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadını Arzu Şuşalıya məxsus "Land Rover" markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıb.