Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır"


Digərləri 16 İyl 2018 11:43:00 291 0

Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır"

Gəncədə törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Gəncədə törədilən hadisələr terror aktı idi, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır:

"Onların din adı altında gizlənməsinin də səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyillər və xarici qruplar tərəfindən ələ alınaraq istifadə olunurlar".

Komitə sədri bildirib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: "İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır".