Premyer Liqanın 2 klubu Türkiyəyə yola düşüb


İdman 16 İyl 2018 11:28:00 278 0

Premyer Liqanın 2 klubu Türkiyəyə yola düşüb

Topaz Premyer Liqasında çıxış edən daha iki klub təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb. Goal.az xəbər verir ki, bu gün səhər “Sumqayıt” və “Sabah” klubları Türkiyənin Bolu bölgəsinə yola düşüblər. Hər iki kollektiv iyunun 29-dək qonşu ölkədə hazırlıq keçəcək.

“Koru” otelində məskunlaşacaq Nazim Süleymanovun rəhbərlik etdiyi “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək. Lakin rəqiblər hələlik açıqlanmır. “Sabah” da hazırlıq çərçivəsində 4 görüşə çıxacaq. Artıq rəqiblərdən ikisi bəllidir. Debütant iyulun 18-də Türkiyə I liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” Avstriyada, Avropa Liqasında mübarizə aparan “Qəbələ” Sloveniyada, “Neftçi” Boluda, “Keşlə” isə Ankaranın Kızılcahamam bölgəsində təlim-məşq toplanışı keçib. “Səbail” klubu iyulun 10-dan Kızılcahamamda məskunlaşıb. “Zirə” isə iyulun 19-da Boluya gedəcək.