Könüldən Məhəbbət Kazımovla bağlı illər sonra gələn ETİRAF:


Digərləri 16 İyl 2018 11:19:11 267 0

Könüldən Məhəbbət Kazımovla bağlı illər sonra gələn ETİRAF:

"Nanəli" verilişinin yeni buraxlışı mərhum sənətkar Məhəbbət Kazımova həsr edilib.

Son.az xəbər verir ki, əməkdar artistin sənət yoldaşlarının çıxış etdiyi gecədə Məhəbbət Kazımovun oğlu və qardaşı da iştirak edib.

Uzun illər mərhum sənətkarla duet ortağı kimi məşhurluğunun zirvəsinə yüksələn Könül Kərimova proqramda əməkdar artistlə bağlı bir anı paylaşıb. Xanım sənətçi mərhum sənətkarın xəstə halı ilə belə toylarda çox rahat ifa etdiyindən, bir dəfə də olsun xəstəliyini bəhanə gətirmədiyindən bəhs edib.

Könül Kərimova bildirib ki, toyların birində Məhəbbət Kazımovun zil səslə ifasını eşidən qonaqlardan biri bu səsin canlı ifa olmadığını iddia edib.