Bu gündən işə qəbul olmaq istəyən müəllimlər üçün test imtahanına başlanılır


Digərləri 16 İyl 2018 11:05:00 289 0

Bu gündən işə qəbul olmaq istəyən müəllimlər üçün test imtahanına başlanılır

Təhsil Nazirliyi bu gündən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsi - test imtahanına start verir.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, ilk imtahan ibtidai sinif müəllimləri üçün keçirilir.

İbtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.