"Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq"


Digərləri 16 İyl 2018 11:07:00 266 0

"Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq"

Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəldilmiş təxribatdır.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, bu hadisə yaramaz ünsürlərin hansısa mərkəzlərdən öyrədilərək ortaya atılmasıdır:

"Təbii ki, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər".

Millət vəkili hesab edir ki, həmin şəxslərə heç bir güzəşt edilməməlidir, onlar Azərbaycanın qanunları çərçivəsində maksimum cəzalandırılmalıdırlar.