“Kişilərdən heç də zəif deyilik” Ən gözəl hərbçimiz VİDEO FOTO


Digərləri 16 İyl 2018 10:55:00 265 0

“Kişilərdən heç də zəif deyilik”  Ən gözəl hərbçimiz  VİDEO  FOTO

Son.az ehtiyatda olan hərbçi, "II Vice Mrs. Top of the World - 2015" (Dünyanın ikinci top modeli Mrs 2015) titulunun sahibi Tehranə Bəhruzinin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Hərbçinin gözəllik müsabiqəsində iştirakı, modellik fəaliyyəti ilə məşğul olması ölkəmizdə elə də rast gəlinən məqam deyil. Hətta kəşfiyyatçı olduğunuzu yazanlar da var:

- Sosial şəbəkələrdə peşəmi hər cür adlandırdılar. Həm kəşfiyatçı, həm xüsusi təyinatlı deyənlər oldu. 3 il DİN-in qadınlardan ibarət xüsusi təyinatlı Şimşək qrupunda xidmət göstərmişəm. Həmin qrupu Zakir Həsənov yaratmışdı. Demək olar ki, kişilərdən heç də zəif deyildik. O ki qaldı kəşfiyyata, məncə, bütün hərbçilər bir tərəfdən də kəşfiyatçıdır. Xidmətə göndərilsək, bu, bizim borcumuzdur, ancaq mənim vəzifəm deyil. Hazırda ehtiyatda olan hərbçiyəm, bu yaxınlarda yenidən hərbiyə geri dönürəm. Sadəcə bu bir sirr olduğu üçün ətraflı məlumat verə bilməyəcəm. 

- Bir qadın üçün hərbi sahə elə də asan deyil. Ölkəmizdə də bu sahəni seçənlərə çox rast gəlmirik. Sizin uşaqlıqdan marağınız olub, ya necə?

- Demək olmaz ki, uşaqlıqdan hərbçi olmaq istəmişəm. Ona qalsa, özüm 11 il hüquq və psixologiya təhsili almışam. Rusiyada doğulub orada yaşamışam. Əvvəllər Rusiyada prokurorluqda çalışmaq istəyirdim. Sonra elə oldu ki, Bakıya gələndə Şimşək qrupunun açıldığını öyrəndim və mənə maraqlı gəldi. Hər peşədə özümü sınamaq istəyirəm. 

- Bəs seçimlər necə oldu? Əsas nələrə fikir verirlər?

- Boy, yaş, görünüş, idman bacarıqları, bir sözlə, hərtərəfli. Çoxları deyir ki, hərbidə görünüş nəyə lazımdır? Ancaq mənə görə, bu da vacib amillərdəndir. Çünki forma gözəl yaraşmalıdır. 

- Bəs seçiminizə valideynlərinizin münasibəti necə oldu? Çox vaxt analar qızlarını bu kimi sahələrdə görmək istəmirlər.

- Nəinki bu sahə, anam, ümumiyyətlə, mənim işləməyimi istəməyib. Həmişə deyirdi ki, o, çətin işdir. Düzünü desəm, elə dediyi kimi də oldu. İlk aylarda hədsiz çətinliklər çəkirdik, ağlayırdım. Məşğələlər günün altında və ağır olurdu.

- Peşmanlıq hissi oldu?

- Təzə vaxtlarda hə. Qızmar günəş və susuzluq lap əldən salmışdı. Özü də soyuq ölkədən gəlmişdim, istiyə heç dözümüm yox idi. Bu günün özündə günəşin altında çox qala bilmirəm. Dərim qızarır, suluqlayır. Ancaq vaxt keçdikcə öyrəşməyə başladım. Özümə söz verdim. Hansısa işi yarımçıq qoymağı sevən biri deyiləm. 

- Sizinlə birlikdə məşqlərə başlayan qızlardan yarı yolda imtina edənlər oldu?

- Bəli, çox oldu. Bəziləri gəlirdi, ancaq 3 günə qorxub qaçırdı. Xeyli bacarıqlı və dözümlü qızlarımız da var idi. O zaman Azərbaycan dilini yaxşı bilmirdim. Hərə bir bölgədən gəlmişdi, mənə müxtəlif ləhcələrdə dili öyrətməyə çalışırdılar. İndi də bəzi sözləri ləhcə ilə deyirəm. Hətta zarafata elə sözlər öyrədirdilər ki, komandirə deyəndə tez soruşurdu ki, mənə o sözləri kim öyrədir. Sonradan qrupun fəaliyyəti dayandı, ancaq səhv etmirəmsə, indi yenidən təlimlərə başlanılıb.

- Daha çox Hollivud filmlərində izlədiyimiz səhnələrdə xüsusi təyinətlı, kəşfiyyatçı qızlara gizli tapşırıqlar verilir. Bu söz hamıda maraq oyadır. Bizə bir qədər fəaliyyətiniz barədə məlumat verərdiz.

- Qəbul olunanda mənim üçün də maraqlı idi. Bir az da qorxulu. Ancaq indi hərbi çox asan gəlir. Ən çətin vəzifələrin öhdəsindən də gələ bilərəm. Beynəlxalq tədbirlərdə təhlükəsizlik üçün bizi cəlb edirdilər. Orada qadınları yoxlayırıq. O qədər qadın cinayətkarlar var ki. 


Xəbərə aid fotolar