Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır


Digərləri 16 İyl 2018 10:36:00 240 0

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Bakı. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.