Səfir: "Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı gözəl siyasi münasibətlər investisiya qoyuluşuna töhfə verir"


Siyasət 16 İyl 2018 10:06:55 275 0

Səfir: "Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı gözəl siyasi münasibətlər investisiya qoyuluşuna töhfə verir"

Azərbaycana səfər edən səudiyyəli turistlərin sayının artacağı gözlənilir

"Azərbaycana 2017-ci ildə 35 min Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib və bu, Fars körfəzi ölkələri arasında ən yüksək göstəricidir".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bildirib.

Diplomat Dağlıq Qarabağ münaqişəsi ilə bağlıKrallığın Azərbaycanın mövqeyini dəstəkləməsini alqışlayaraq, tərəflərin müxtəlif beynəlxalq arenalarda bir-birinə dəstək verərək regional və beynəlxalq məsələlərdə ümumi fikirləri bölüşdüyünü deyib.

Onun sözlərinə görə, səudiyyəli investorlar Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolu layihəsininyenidən canlandırılmasında mühüm rol oynaya bilərlər.

"Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı gözəl siyasi münasibətlər iqtisadi, ticari, investisiya və turizm əməkdaşlığının inkişafına töhfə verir", - Ş.Abdullayev vurğulayıb.

Səfir viza prosedurunun sadələşdirilməsinin Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana səfərlərini asanlaşdırdığını və artım tendensiyası müşahidə edildiyindən bu il səudiyyəli turistlərin sayında artım olacağının gözlənildiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycan şəhərləri və Ər-Riyad, Ciddə, Dəmməm və Qassim arasında aviareyslərin açılmasından sonra iki ölkə arasında əlaqələr daha da yaxşılaşıb.

Səfir səudiyyəli iş adamlarını Azərbaycan iqtisadiyyatına, xüsusilə sənaye zonalarına daha çox sərmayə qoymağa dəvət edib.