Bakıda çökmüş yolun altında tunel aşkarlandı FOTO


Digərləri 16 İyl 2018 09:49:15 271 0

Bakıda çökmüş yolun altında tunel aşkarlandı  FOTO

"Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb".

Son.az xəbər verir ki, bu barədə Azəravtoyol" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəflinin sözlərinə görə, ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır:

"Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı məlumat veriləcək".

Təhməz Təkin Son.az


Xəbərə aid fotolar