Son 2 gündə ölkədə 177 cinayət baş verib


Digərləri 16 İyl 2018 09:39:00 281 0

Son 2 gündə ölkədə 177 cinayət baş verib

İyulun 14-dən 16-dək respublikanın daxili işlər orqanları tərəfindən ərzində 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, onların 27-si "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.