Azərbaycanda internetin orta sürəti açıqlandı


Digərləri 16 İyl 2018 09:10:57 282 0

Azərbaycanda internetin orta sürəti açıqlandı

Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.

Son.az xəbər verir ki, Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi "CABLE.co.uk"in reytinqinə istinadən məlumat verir.

Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.

Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.