Bakıda bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb


Kriminal 16 İyl 2018 07:35:00 285 0

Bakıda bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb

Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polis əməkdaşları maşına saxla əmri veriblər lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə "Range Rover"i saxlamaq mümkün olub. 

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. 

Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb. 

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.