Qədim qeyriadi MÜALİCƏ ÜSULLARI Hamilə qalmamaq üçün...


Digərləri 16 İyl 2018 02:30:00 337 0

Qədim qeyriadi MÜALİCƏ ÜSULLARI  Hamilə qalmamaq üçün...

Məlum məsələdir ki, Qədim Yunanıstan yalnız filosofların vətəni deyil. Yunanıstan eyni zamanda çox mistik və mifologiya ilə zəngin tarixə məxsusdur. Bu ölkə qeyri-adi ənənələri ilə tarixə düşüb. Bəs görəsən, bu günə qədər tətbiq edilən bir çox təbabət, mifologiya, mistik ritualları qədim yunanlar haradan qazanıb? Onlar bunları hansı üsullarla aşkarlayıblar?

Son.az Qədim Yunanıstanın qeyri-adi müalicə üsullarını təqdim edir:

Yunanıstan həkimləri insanları maraqlı tərzdə müayinə edirdi. Onlarda heç bir tibbi avadanlıq, xüsusi üsullar yox idi. Müayinə də müalicə kimi xalq təbabəti və qeyri-adi metodlarla aparılırdı. Sözsüz ki, həkim xəstənin şikayətlərini dinləyirdi və ona uyğun diaqnoz qoyurdu. Lakin dəqiq diaqnoz qoymaq üçün fizioloji mayelərdən istifadə edirdilər. Məsələn qulaq kükürdü, sidik ifrazı, ağız suyu və s.

Əzələ ağrısı

Ağır məşq prosesindən sonra yunanlı atletlərin üzərində olan tər və palçıq xüsusi qablara yığılaraq məlhəm kimi satılırdı. Anlaşılmayan maddə satışa çıxarıldığında isə əhali bunun əzələ-sinir ağrılarına kömək edəcəyini düşünərək bu məlhəmləri alıb, "dərman" kimi ağrıyan yerlərə çəkirdilər.

Qadınlar üçün

Ellinlər əmin idilər, palçıq və çirkab qadın sağlamlığına (qadınlarda daxili orqanların xəstəlikləri) faydalıdır. Onlar hesab edirdilər ki, düşük edən qadının yenidən ana olması üçün nəcis qarışıqlı palçıqla qırmızı şərab içməsi lazımdır. Qadınlar ifrazatla şərab içməyə məcbur edilirdilər.

Hamilə qalmamaq üçün asqırmaq

Qədim Yunanıstanda hamilə qalmamaq üçün çox maraqlı və tamamilə təhlükəsiz üsuldan istifadə edirdilər. Belə ki, arzu olunmayan hamiləlikdən qurtulmaq üçün cinsi əlaqə zamanı və dərhal sonra asqırmaq lazımdır. Yunanlar düşünürdülər ki, güclü asqırmaqla daxilə gedən spermalar geri qayıdır. lk baxışda olduqca faydasız görünür.

"Tualet kağızı"

O vaxtlar, təbii ki, Yunanıstanda tualet kağızları yox idi. Kasıb yunan əhalisi tualetə daşlarla gedirdi, bir qədər imkanlı təbəqə isə çubuq üzərinə bağlanmış süngərlərlə. Belə olan halda onların əli natəmizliyə bulaşmırdı.