Günün qoroskopu: rutin məsələlərin çözülməsindən yayınmayın


Digərləri 16 İyl 2018 00:01:00 342 0

Günün qoroskopu: rutin məsələlərin çözülməsindən yayınmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısından ailə işləri və məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz. Günün ikinci yarısında cari proseslərdən kənarda qalmağa can atmayın. Köhnə layihələrdən birini yarımçıqlıq durumundan xilas edin. Yaşam və ya fəaliyyət arealında nizam yaradın. Axşam saatlarında normal istirahət edin.

Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz. Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq. İntellektual işlərlə, mürəkkəb məsələlərlə məşğul ola bilərsiniz. Gün, həmçinin təhsil, imtahan vermək, elm adamları ilə təmaslar üçün münasibdir. Xırda səfərlər maraqlı və xoş, uzunmüddətlilər isə yorucu və bəhrəsiz olacaq.

Əkizlər - səhər saatlarından etibarən aktiv işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur. Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının yardımlarına bel bağlamayın. Müstəqil davranın. Günün ikinci yarısında işgüzar təmaslar və əlaqələr karyerınızda irəliləyişə təkan verəcək. Əlavə gəlir mənbəyi üçün yaxşı imkan yaranıb. Axşam saatlarını ailənizlə birgə istirahətdə keçirin.

Xərçəng - ciddi problemləriniz yarana bilər, elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır. Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr bağlamaq məsləhət görülmür. İşgüzar aktivliyinizi azaldın. Dincəlin, yaxınlarınızla vaxt keçirin. Axşam evdə oturun, ziyafətə getməyin. Sevgililər arasında ciddi fikir ayrılığı yarana bilər.

Şir - əvvəlcədən hazırladığınız plana riayət edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız, işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə, tet-a-tet müzakirə edin. Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Səyahət, ezamiyyət zərurəti istisna deyil. Kommersiya və ya bizneslə məşğul olursunuzsa, fəaliyyət çevrənizi genişləndirin. Müştərilərin sayı çox, ticarət və xidmətlər daha geniş çeşiddə olmalıdır. Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.

Qız - günün emosional fonu yaxşı deyil. Siz vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana bilər. Kömək üçün yaxın adamınıza müraciət edin, indi sizin dəstəyə ehtiyacınız var. Qəlbinizi sevindirmək üçün xırda-para əşyalar ala bilərsiniz, amma çox pul xərcləməyin. Təklikdə səfərlərə çıxmayın. Dostlarla isə lap dünyanın o biri başına da gedə bilərsiniz.