Batmaq təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunub


Digərləri 15 İyl 2018 23:25:00 419 0

Batmaq təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunub

Gün ərzində dənizdə batan 11 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bakı-bulvar, Türkan, Mingəçevir, Bilgəh, Corat, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunub.