Ailələri və evləri xarabalığa çevirən əməllər


Digərləri 15 İyl 2018 21:50:00 218 0

Ailələri və evləri xarabalığa çevirən əməllər

Hər bir kəsin yaşadığı toplum çevrə və cəmiyyət o kəs üçün böyük ailə timsalındadır. Fərdlərin baxış və dünya görüşlərinin fərqli olması qaçılmaz həqiqətir. Lakin bütün bunlarla bərabər bu vəhdəti və "ailə" öhdəliklərini qorumaq hər bir fərdin müqəddəs mənəvi borcudur. Bu öhdəliklərin meyarı isə insan fitrəti və Allah kəlamıdır.

Ailə cəmiyyətin bir parçası, cəmiyyət isə böyük bir ailədir. Allah Rəsulu (s) cəmiyyəti bir kiçik ailəyə bənzədərək bu ailənin təməllərini sarsıdan, onun xeyir bərəkətini aradan aparan, onun dağılıb, fərdlərini pərakəndə hala salan səbəblərinə işarə edib və insanları bu kimi işlərdən çəkinməyə dəvət edib. O Həzrət (s) buyurub:

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, dörd şey evə daxil olsa evi xarabaya qoyar, bərəkətlə abad olmaz_ xəyanət, oğurluq, şərab, zina (iffətsizlik).  (Nəhcül-fəsahət. səh-49)

Bunlar elə bir xüsusiyyətlərdir ki, hara, hansı ortama girsə oranı məhv edər.

Xəyanət fərq etməz hansı möhtəvada olsun. İstər ailədə olsun, istər cəmiyyətdə. Heç kəs öz əhatəsində xəyanət etməsin. Məsələn həkim öz peşəsində, məmur öz işində, fəhlə, usta öz sahəsində.