Qəzanı digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi? VİDEO


Digərləri 15 İyl 2018 22:08:00 288 0

Qəzanı digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi?  VİDEO

Qəzaya düşən avtomobilin ətrafında xeyli insan toplaşıb. Mobil telefonu olan hər kəs qəzanı lentə alır.

Xüsusən son dövrlər avtonəqliyyat hadisəsi baş verərkən bu kimi mənzərələrə tez-tez rast gəlinir. Qəza baş verir və anında yoldan keçən avtomobildən düşənlər qəzanı lentə almağa başlayırlar. Son.az bildirir ki, bu da bəzi hallarda həmin yolda böyük tıxaca səbəb olmaqla yanaşı və təcili yardım avtomobillərinin hadisə yerinə tez çatmasına da maneə olur.

Bunu etiraf edən sürücülər də var. Artıq bu kimi halın yaşanmaması üçün bir sıra ölkələrdə qanun sərtləşdirilir. Əbu-Dabi polisi də yol qəzalarına tamaşa etməyi xoşlayan sürücülər üçün yeni cərimə tətbiq edib. Bundan sonra, nəqliyyat axınını ləngidən sürücülər polis tərəfindən müəyyən edilərək 1000 dirhəm yəni, 273 ABŞ dolları məbləğində cərimə ödəməli olacaqlar.

Sürücülərin bəziləri belə mexanizmin azərbaycanda da tətbiqini məqsədə uyğun hesab edirlər. Onların fikirincə belə cərimənin tətbiq edilməsi xoşagəlməz halları azalda bilər.