ABŞ-da ağır qəza: 3 ölü, 22 yaralı


Digərləri 15 İyl 2018 22:12:00 200 0

ABŞ-da ağır qəza: 3 ölü, 22 yaralı

ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bakı. ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb. Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Albukerke şəhərindən 30 km şimalda baş verib. Sərnişin avtobusu ilə minik avtomobili, pikap və yük avtomobili toqquşub.