Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən "Aslanlar" tərəfindən MƏHV EDİLİB


Digərləri 15 İyl 2018 20:04:00 272 0

Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən "Aslanlar" tərəfindən MƏHV EDİLİB

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Son.az-a daxil olan məlumatda bildirilir ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifafə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.


Xəbərə aid foto