Türk aktrisalarını gözəl göstərən makiyaj hiylələri FOTO


Digərləri 15 İyl 2018 19:29:00 1153 0

Türk aktrisalarını gözəl göstərən makiyaj hiylələri  FOTO

Türk serialları dünyanı ələ keçirib, onların əsas ulduzları ilə böyük pərəstişkar ordusu qazanıb.

Son.az bu yazıda oxucuları gözəlliyi dillərdən düşməyən türk kinematoqrafının ən parlaq aktrisalarının baxım sirləri ilə tanış edir.

Məryəm Uzerli

Gözəl aktrisa makiyajda yumşaq rənglərə və bütün açıq çalarlara üstünlük verir. Onun obrazları inanılmaz dərəcədə seksual, eyni zamanda sadə alınır. Nümunə götürməyə dəyər.

Fahriye Evcen

"Çalıquşu" serialının aktrisası mənalı gözlərini məharətlə vurğulayır: o, balaca səliqəli oxlar çəkir, xarici guşələri qəhvəyi kölgələri ilə rəngləyir və kipriklərinə çoxlu tuş vurur. Dodaqları üçün aktrisa təbii rənglər seçir.

Elçin Sanqu

"Kiralık aşk" serialının kürən gözəli sadə makiyajı sevir və üzünün rənglərin hücumuna məruz qalmasına icazə vermir.