Səhər oyananda gözləriniz şişirsə, bunları edin


Digərləri 15 İyl 2018 19:38:00 386 0

Səhər oyananda gözləriniz şişirsə, bunları edin

Səhər yuxudan duranda göz qapaqlarınız şişir? Bunun bir çox səbəbi ola bilər. Başlıca səbəbi stress, yorğunluq, yuxusuzluq, ya da çox yatmaqdır. 

Son.az axşam.az-a istinadən səhər şişən gözləriniz üçün bir çox təbii müalicə üsullarını təqdim edir:

Buz - praktik və asan olması səbəbi ilə ən çox seçilən vasitədir. Bir parça buzu göz qapaqlarınıza və ətrafına dairəvi hərəkətlərlə gəzdirsəniz, qan dövranı sürətlənərək, şişliklərdən qurtulmanızı təmin edəcək.

Çiy kartof - soyuducuda bir müddət saxlanılan çiy kartofu dilimləyərək gözlərinizin üstündə gəzdirin. Bundan sonra gözlərinizi bol su ilə durulamağı unutmayın. Kartofun soyuq vurulmasının səbəbi qan dövranını sürətləndirməsidir.