Bakıda mənzildə cəsəd aşkarlandı


Digərləri 15 İyl 2018 18:04:00 245 0

Bakıda mənzildə cəsəd aşkarlandı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Əliyev Ələmdar Ələkbər oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.