"Özilin dünya çempionatını tezliklə unutmasını istəyirəm"


İdman 15 İyl 2018 17:40:00 267 0

"Özilin dünya çempionatını tezliklə unutmasını istəyirəm"

Arsenal-ın baş məşqçisi Unai Emeri komandanın liderlərindən olan Mesut Özil barədə danışıb. Goal.az xəbər verir ki, Emeri Özilin “topçular” üçün vacib futbolçu olduğunu vurğulayıb. O, Mesutun DÇ-2018-i unutmasını istədiyini bildirib:

"Məşqçinin vəzifəsi hər bir futbolçuya kömək etməkdir. Özil bizim üçün çox vacib futbolçudur. Onun yığması DÇ-2018-də istənilən nəticəni əldə edə bilmədi. Özil hazırda istirahət edir. İstəyirəm ki, yaxşı istirahət etsin, DÇ-2018-i tezliklə unutsun. Düşərgəmizə gələndə yüksək əhvalda olsun”.