İraqın cənubunda 7 gündür etiraz aksiyaları davam edir


Dünya 15 İyl 2018 16:26:00 231 0

İraqın cənubunda 7 gündür etiraz aksiyaları davam edir

İraqın cənub əyalətlərinin minlərlə sakini bazar günü iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə şəhər küçələrinə çıxıblar.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.

Bazar günü nümayişçilər növbəti dəfə Bəsrə rəhbərliyinin binasına hücum ediblər. Cavab olaraq təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıblar və gözyaşardıcı qaz tətbiq ediblər.