İraqın cənubunda 7 gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir


Dünya 15 İyl 2018 15:55:56 301 0

İraqın cənubunda 7 gündür hökumət əleyhinə etiraz aksiyaları davam edir

Aksiyalar zamanı 4 nəfər xəsarət alıb

İraqın cənub əyalətlərinin minlərlə sakini bazar günü iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə şəhər küçələrinə çıxıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.