Ronaldonun Ançelotti ilə qovuşmaq cəhdi baş tutmayıb


İdman 15 İyl 2018 15:52:00 248 0

Ronaldonun Ançelotti ilə qovuşmaq cəhdi baş tutmayıb

Juventus-un yeni transferi olan Kriştianu Ronald0 Turin komandasından əvvəl Napoli-yə keçməyi planlaşdırıb. Goal.az xəbər verir ki, bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb. Portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib. Napoli-nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə Real-da onun rəhbərliyi altında çıxış edib. Juventus portuqaliyalı üçün ehtiyat variant olub.