Qriqorçuk Almeyda və Pedro Enrike barədə danışıb


İdman 15 İyl 2018 15:34:00 242 0

Qriqorçuk Almeyda və Pedro Enrike barədə danışıb

Astana-nın baş məşqçisi Roman Qriqorçuk yeni transferləri Riçard Almeyda və Pedro Enrike haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, ukraynalı çalışdırıcı hər iki futbolçunu yaxşı tanıdığını qeyd edib.

"Hələ debüt etməyən yeni futbolçuların hər birinə individiual yanaşmaq lazımdır. Çünki onların hərəsi müxtəlif müddət məşq buraxıblar. Almeyda obyektiv səbəbdən, demək olar ki, 50 gün məşq etməyib və buna uyğun olaraq formasını yığmaq üçün daha çox vaxt lazım olacaq. Biz hər futbolçuya fərdi yanaşacağıq, sınaqdan keçirəcəyik və məşqlərdə vəziyyətinə baxacağıq.

Pedro Enrike Qarabağ-da vacib rol oynayırdı. Əla tanıyıram. Çox ciddi Avropa futbol məktəbi keçib, Fransa, İsveçrə, Yunanıstanda, eləcə də Çempionlar Liqasında gözəl oyunlar göstərib. Onun hazırda bizimlə olması çox ciddi uğurdur. Cəmi 28 yaşı var və gücünün ən yaxşı dövründədir”.

Qriqorçuk ötən mövsüm Qəbələ-nin baş məşqçisi kimi çalışırdısa, Pedro və Almeyda Qarabağ-ın oyunçuları idi.