Federasiya Sampaoli ilə bağlı qərarını dəyişdirdi


İdman 15 İyl 2018 15:16:00 332 0

Federasiya Sampaoli ilə bağlı qərarını dəyişdirdi

Xorxe Sampaoli Argentina millisinin baş məşqçi postundan istefaya göndərilib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis və Argentina Futbol Federasiyası müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəlib. O, kompensasiya olaraq 2 milyon avro alacaq.

Bir müddət əvvəl onun postunda qalacağı açıqlansa da, sonradan federasiya əməkdaşlığa son verməyi lazım bilib.

Sampaolinin rəhbərliyi altında dünya çempionatında uğursuz çıxış edən Argentina millisi qrupda Xorvatiyaya 0:3 hesabı ilə uduzmuş, İslandiya ilə 1:1 hesablı bərabərliyə qalıb, Nigeriyanı 2:1 məğlub edərək 1/8 finala çıxsa da, bu mərhələdə Fransa qarşısında duruş gətirə bilməmişdi – 3:4.