Braziliyalı futbolçu London klubunda


İdman 15 İyl 2018 14:18:00 230 0

Braziliyalı futbolçu London klubunda

Transfer bazarında fəallığı ilə seçilən West Ham United növbəti futbolçunu heyətə cəlb edib. Goal.az xəbər verir ki, London klubu Lazio-dan Felipe Andersonu transfer edib.

Braziliyalı hücumameyilli yarımmüdafiəçinin Romadan Londona köçü kluba 41.5 milyon funt-sterlinqə başa gəlib. Bu isə “çəkicdöyənlər”in tarixində transfer rekordudur. Baş məşqçi postuna Manuel Pelleqrinini gətirən London təmsilçisi Cek Uillşir, Rayan Frederiks, Lukaş Fabianski, Andrey Yarmolenko, İssa Diop və Fabian Balbuenayı da transfer edib.