Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib


Sosial 15 İyl 2018 13:51:59 232 0

Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

O cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu saxlanılıb

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də,axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

“Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub.

Bildirilir ki,bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zamansaxlanılıb.

Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərininicra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8nəfər barəsində isə axtarış elan olunub.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.