Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi açıqlandı


Digərləri 15 İyl 2018 14:06:00 288 0

Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi açıqlandı

2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi - 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.