PKK Avestaya vəzifə verdi –


Dünya 15 İyl 2018 13:54:00 303 0

PKK Avestaya vəzifə verdi –

Türk ordusunun Qəndil istiqamətində qətiyyətli hücumları və 40 kilometrə qədər irəliləməsi İraqın şimalında məskən salan PKK terror qruplaşmasını alternativ mərkəz axtarmağa məcbur edib.

Son.az axar.az-a istinadən bildirir ki, yaxın vaxtlarda Qəndildə keçirilən toplantıda yeni qərarlar qəbul edən qruplaşma, PKK-nın 4 nömrəli şəxsi hesab olunan Sözdar Avestanı Sincara göndərib.

Süleymaniyə daha sonra isə Sincara gələn Avestaya burada yeni mərkəzin infrastrukturunu yaratmaq işi tapşırılıb. Avesta da bu işlər çərçivəsində yeni düşərgələr üçün uyğun olacaq əraziləri seçməyə başlayıb.