Milan-ın baş məşqçisi çirkli pulları yumaqda ittiham olunur


İdman 15 İyl 2018 13:53:00 308 0

Milan-ın baş məşqçisi çirkli pulları yumaqda ittiham olunur

Milan-ın baş məşqçisi Cennaro Qattuzoya qarşı ittiham irəli sürülüb. Goalaz xəbər verir ki, gənc mütəxəsis çirkli pulların yuyulmasında ittiham olunur. O, “Tre Olmi” fermasının aksiyalarının 35 faizinə sahib olub.

Qattuzo 2011-ci iln noyabrından 2013-cü ilin dekabrına qədər bu fermanın aksuoneri olub. Mütəxəssis, ferma bankrot olandan bir neçə ay əvvəl bu biznesdən gedib. Bundan sonra fermada araşdırmalar aparılıb. İş üzrə 45 nəfər ittiham olunur ki, onlardan 8-i həbs edilib. Qattuzonun vəkli mətbuata verdiyi açıqlamada ittihamları qəbul etmədiklərini bildirib.