Ebru Adnan Oktarın onun başına açdığı oyunlardan danışdı


Digərləri 15 İyl 2018 13:30:00 265 0

Ebru Adnan Oktarın onun başına açdığı oyunlardan danışdı

Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarla bağlı daha bir məşhur sima danışıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, keçmiş model Ebru Şimşek səssizliyini pozaraq Oktarla bağlı açıqlama verib. 

"İllərdir Adnan Oktarın əməllərinin üstünün açılması ilə mübarizə aparıram. Nəhayət, cəzasını aldı. Onun ən böyük qurbanı mənəm. Əslində 19 il deyilir, amma mənim mübarizəm 25 ildir davam edir. 18 yaşımdan təkbaşına Adnan Oktarla mübarizə aparıram. 25 il əvvəl nələr dedimsə, bu gün hamısı gerçəkləşdi. Bütün günüm məhkəmələrdə keçirdi. Amma haqqımda edilən 300 şikayətin hamısından təmiz çıxdım" deyə, Ebru bildirib.