Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib


Digərləri 15 İyl 2018 13:40:00 234 0

Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Son.az bildirir ki, hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə, 2013-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılmışdır.

Eyni zamanda, məlumata görə 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunmuş, 8 nəfər barəsində axtarış elan edilmişdir.