Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15 faiz artıb


Digərləri 15 İyl 2018 13:31:20 240 0

Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15 faiz artıb

2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi – 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.