Lam: "Yarımfinalda 4 Avropa komandasının olması məni təəccübləndirdi"


İdman 15 İyl 2018 13:15:00 262 0

Lam: "Yarımfinalda 4 Avropa komandasının olması məni təəccübləndirdi"

Almaniya millisinin sabiq kapitanı Filipp Lam DÇ-2018 barədə danışıb. Goal.az xəbər verir ki, Lam Avropa komandalarının uğurlu çıxışından təəccübləndiyini bildirib. O, mundialda uğursuz çıxış edən Almaniya yığmasının yenidən özünü təsdiqləyəcəyinə inandığını da vurğulayıb:

“Yarımfinalda 4 Avropa komandasının olması məni bir qədər təəccübləndirdi. Hesab edirdim ki, ən güclü 4 komanda arasında mütləq Cənubi Amerika təmsilçisi olacaq.

Avropada ən yaxşı infrastruktur qurulub. Ən güclü və varlı çempionatlar da Avropadadır. Burda dünyanın ən güclü futbolçusu da yüksək rəqabətlə üzləşir. Məhz bu məqam Avropa komandalarını güclü edir.

DÇ-2018-də Almaniya yığmasının çıxışı? Dünya çempionatını qazana biləcək komandanı formalaşdırmaq çox vaxt tələb edir. Əminəm ki, bərpa olunmaq üçün Almaniyanın potensialı var. İnanıram ki, Almaniya Qari Linekerin məşhur fikrini yenidən təsdiq edəcək”.

"Futbol elə oyundur ki, 22 nəfər 90 dəqiqə ərzində top qovur, sonda isə Almaniya qalib gəlir" - Lineker vaxtilə demişdi.