Fenerbahçe-dən növbəti gənc futbolçu transferi


İdman 15 İyl 2018 12:51:00 230 0

Fenerbahçe-dən növbəti gənc futbolçu transferi

Fenerbahçe heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, "sarı lacivərdlilər" Hollandiyanın NEC Nijmegen klubunun gənc futbolçusu Ferdi Kadıoğlunu transfer edib. Müqavilənin müddəti barədə açıqlama verilməyib.

1999-cu il təvəllüdlü yarımmüdafiəçi məhz NEC klubunun yetirməsidir. İkili vətəndaşlığa (Türkiyə, Hollandiya) malik Kadıoğlu peşəkar karyerasına 2016-cı ildən başlayıb. Fenerbahçe bir neçə gün öncə Altınordu-dan Berke Özer və Barış Alıcını da heyətinə qatmışdı.