NASA Marsda sürünən "hörmüçəklər"in fotosunu yaydı


Digərləri 15 İyl 2018 12:38:00 256 0

NASA Marsda sürünən "hörmüçəklər"in fotosunu yaydı

"Mars Reconnaissance Orbiter" Mars kəşfiyyat peyki Qırmızı planetin səthinin bir neçə qəribə şəklini çəkib. Qış vaxtı Marsın Cənub yarımkürəsindən əldə edilən fotolarda alimlər hörmüçək şəkilli ləkə müşahidə ediblər.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə NASA-nın hesabatında deyilir.

Mütəxəssislərin sözlərinə görə, əslində isə müəmmalı şəkillərdə buz və toz yığımı öz əksini tapıb. Yazın gəlişi ilə Qırmızı planetin cənub qütbündə karbon qatı buz qatını "parçalayır" və atmosferə düşür. Bundan sonra yaranmış çuxurların ətrafına qara toz çökür.