İnter və Atletico razılığa gələ bilmədi


İdman 15 İyl 2018 12:32:00 301 0

İnter və Atletico razılığa gələ bilmədi

Xorvatiya millisinin üzvü Şime Vrsalkonun transferi ilə bağlı İnter və Atletico arasında aparılan danışıqlar yarımçıq dayandırılıb. Goal.az xəbər verir ki, "nerazzurri" "financial fair play"in pozulmaması üçün əvvəlcə xorvat müdafiəçini icarəyə götürməyə, gələn yay isə birdəfəlik transfer etməyə çalışırdı.

Atletico Vrsalko üçün 30 milyon avro tələb edib. Dünya çempionatında xorvat müdafiəçinin inamlı oyunu, komandasının finala çıxması onun qiymətinin yüksəlməsi ilə nəticələnib. Həmin məbləğ isə İnter-i qane etməyib.

Bu səbəbdən də İtaliya təmsilçisi Vrsalkonu transfer etmək fikrindən daşınıb. İnter hazırda diqqətini Manchester United-in müdafiəçisi Matteo Darmiana yönəldib.